12 iyul 2023 at 15:22
Jurnalist kodu: 5487
Xəbər kodu: 85167961
T T
0 Persons

Tags

Sionist rejimin müharibə naziri hərbi etirazların genişlənməsindən qəzəblənib

Tehran – İRNA - Sionist rejimin müharibə naziri Yoav Qallant çərşənbə axşamı günü sionist hərbçilərin məhkəmə sistemində islahata hər gün artan etirazlarını və etiraz əlaməti olaraq xidmət yerində iştirak etməkdən imtina etmələrini təhlükəli addım və İsrail düşmənlərinə verilən hədiyyə adlandırıb.

İRNA-nın məlumatına görə, Y. Qallant çərşənbə axşamı sionist rejimin “ İsrael Hayom” qəzetinə deyib ki, orduda tapşırıqların icrasında qələbəmizin açarı düşmənlərə qarşı birlikdədir. Bu günlərdə hərbi xidmətdən imtinaya və ehtiyatda olan hərbçilərin könüllü xidmətinin dayandırılması haqda çağırışlar hərbçilərimizin birliyinə təhlükə yaradır.

O, sionist əsgərlərin bu hərəkətini təhlükəli və İsrailin düşmənləri üçün bir hədiyyə adlandırıb.

Qallant bütün sionist siyasi xadimlərdən siyasi məsələləri orduya gətirməməyi xahiş edib.

Hərbi xidmətdən imtinanın İsrailin və ordusunun təhlükəsizliyinə zərər vurduğunu bildirən sionist rejimin müharibə naziri deyib: “Güvənəcəyimiz başqa ordumuz yoxdur. Ona görə də çalışmalıyıq ki, bu ordu birləşsin, hər cür fikir ayrılıqlarından uzaq olsun.”

Qallantın bu açıqlaması sionist rejimin yüzlərlə əsgər və zabitinin knessetin məhkəmə sistemində islahat kimi tanınan qanun layihəsini təsdiqləyəcəyi təqdirdə hərbi xidmətə getməyəcəkləri ilə hədələməsindən sonraya təsadüf edir.

Dünən gecə sionist rejimin knessetində (parlamentində) məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsinin bir hissəsinin baxılmasının birinci mərhələsində təsdiqinin elan edilməsindən sonra 50 sionist hərbçi hərbi xidmətdən imtina etdi.

Knesset bu qanun layihəsini üç mərhələdə nəzərdən keçirməli və təsdiq etməlidir.

Hazırda sayı 300-ə çatan bu zabit və ehtiyatda olan hərbçilər bəyanat yayaraq bildiriblər: “Netanyahunun kabineti sübut etdi ki, onun yanaşması İsraili ( sionist rejimi ) məhv etməkdir və yeni dəyişikliklərin həyata keçirilməsi fəsad, zalım və zəif İsrailin təməl daşıdır.”

Bəyanatın sonunda vurğulanır: “Son günlər hərbi xidmətdə olan həmkarlarımızdan eşitdik ki, nazirlər kabinetinin hücum xarakterli kiber fəaliyyətləri idarə etmək qabiliyyətinə inam ciddi şəkildə azalıb. Bu açıq təhdid və təhlükədir. Biz gücümüzü və bacarığımızı cinayət strukturuna görə inkişaf etdirmirik. Biz onlara gələcək nəsli hücum xarakterli kiber hərəkətlər hazırlamağa kömək etmirik.”

Dünən gecə sionist knessetin ilkin mərhələdə mübahisəli məhkəmə dəyişiklikləri qanun layihəsinin bir hissəsinin nəzərdən keçirilməsi üçün baş tutan iclasla eyni vaxtda, xəbər mənbələri knessetin binası qarşısında nümayişlərin keçirilməsi və bir neçə etirazçının içəri daxil olması barədə məlumat yayıb.

Sionist rejimin təhlükəsizlik məmurları knessetin girişində etirazçılarla toqquşublar və onlardan bir neçəsini həbs ediblər.

Sionist rejimin hakim kabineti iyulun sonunda knessetin yay tətili başlamazdan əvvəl məhkəmə sistemində islahat qanun layihəsini təsdiq etməyi planlaşdırır.

Netanyahu kabinetinin bu rejimin məhkəmə sisteminə hakim olmaq cəhdi və müxalifət koalisiyasının knessetdəki müqaviməti bu rejimdə siyasi parçalanmanı daha da gücləndirib.

Çərşənbə axşamı günü bütün işğal olunmuş ərazilər yenidən sionistlərin məhkəmə sistemində islahat qanun layihəsinə etiraz edən kütləvi nümayişlər və etirazlar meydanına çevrilib.

Sionist rejimin müxalifət liderləri hesab edirlər ki, Netanyahu kabinetinin məhkəmə sistemində islahat nəzərdə tutan qanun layihəsinin məqsədi bu rejimin məhkəmə sistemini zəiflətmək və Netanyahunun onun üç korrupsiya və rüşvətxorluq hadisəsinə görə mühakiməsinin qarşısını almaq cəhdidir. Onların fikrincə, kabinetin bu hərəkətləri sionist rejimi münaqişə və vətəndaş müharibəsinə və tədricən süquta sürükləyəcək.

Bununla əlaqədar olaraq, sionist rejimin keçmiş müharibə naziri Benni Qantz çərşənbə axşamı deyib ki, biz vətəndaş müharibəsinə səbəb olacaq bir yoldayıq.

Sizin rəyiniz

You are replying to: .